Press "Enter" to skip to content

Biləsuvar yenə maraqlı festivala ev sahibliyi edəcək

BAYRAQDAR MEDİA – Noyabrın 25-də Biləsuvar şəhərində III Hind Toyuğu Festivalı keçiriləcək.

Şəhərdəki Mərkəzi Parkda keçiriləcək festivalın təşkilatçıları Biləsuvar Rayon İcra Hakimiyyəti və “Azər Home Chef” şirkətidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçıardan məlumat verilib.

Bildirilib ki, festivalda bölgənin folkloru ilə tanışlıq olacaq, həvəskar aşpazlar öz bacarıqlarını nümayiş etdirəcək, münsiflər heyətinin ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək.
Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncəli-musiqili proqram, məşhur aşpazlardan ustad dərsləri, musiqi, rəsm və müxtəlif idman yarışları, həmçinin yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək.

Festivala xarici qonaqlar da dəvət olunub.

Mission News Theme by Compete Themes.