Press "Enter" to skip to content

Bakıda qadınlarla bağlı beynəlxalq konfrans

Xatirə şəkli

BAYRAQDAR MEDİA – Bakıda Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan, növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan (BTMİF) daxil olub.

Xəbərdə qeyd olunur ki, “konfransın açılış mərasimində Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Tədbir Prezidentin QH-nın Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüsləri əsasında təşkil edilib. Konfransda QH çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh, təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb”.

Sonra xəbərdə, “konfransda BTMİF-nin birinci prezidenti Günay Əfəndiyeva çıxış edib. O, türkdilli dövlətlərdə keçmişdən bugünədək davam edən qadınların ictimai fəallığından və qadınlara olan münasibətdən bəhs edərək, Türk Dünyasının tarixində mühüm iz qoymuş və əfsanəyə çevrilmiş qadın hökmdarlar, diplomatlar, yazıçı və şairələrdən söz açıb. G.Əfəndiyeva BTMİF-nin fəaliyyətindən danışaraq təşkilatın beynəlxalq səviyyəli layihə və tədbirləri ilə sivilizasiyaları bir araya gətirdiyini, xalqları yaxınlaşdırdığını, mədəni diplomatiya yoluyla dövlətlərarası, qlobal əməkdaşlığın, həmrəyliyin daha da gücləndirilməsinə töhfə verdiyini bildirib” deyə bildirilir.

Konfransa QH-ya üzv ölkələrin rəsmiləri, o cümlədən 15 nazir, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri, həmçinin xüsusi qonaq qismində yüksəkvəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə dünyanın 50-dən çox ölkəsindən nümayəndə heyətləri qatılıb.

Sonda konfransın yekun Bəyannaməsi qəbul edilib.

Mission News Theme by Compete Themes.