Press "Enter" to skip to content

Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” İngiltərədə

“İnsan dənizi” və “Ölüm yuxusu”

BAYRAQDAR MEDİA – Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” (“The Human Sea”) və “Ölüm yuxusu” (“The Dream of Death”) romanlarından ibarət kitabı Londonda nəşr edilib. Əsər tanınmış ingilis yazarı və ədəbiyyat araşdırıcısı Dr. Maykl Brannokun redaktəsi ilə yayımlanıb.

Bildirilir kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunub.

Qeyd edilir ki, “İnsan dənizi” və “Ölüm yuxusu” romanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyil. Yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək İngiltərə, ABŞ, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunub.

Vaqif Sultanlının yeni kitabına daxil edilmiş “İnsan dənizi” və “Ölüm yuxusu” romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.

Mission News Theme by Compete Themes.