BAYRAQDAR MEDİA – KKTC-də fəaliyyət göstərən Girne Amerikan Universitetinin (GAU) Qurucu Rektoru və İdarə Heyətinin sədri Serhat Akpınar diqqəti bir problemə yönəldib.
Kibris Postası xəbər verir ki, o, iştirak etdiyi televiziya proqramında tələbə yoxlamalarından danışıb: “Tələbələrin giriş-çıxışı YÖK tərəfindən yoxlanılır. Həmçinin, bunlar YÖDAK tərəfindən də yoxlanılır, yoxlanılmayan qurum və təşkilatlar üçün mexanizm yoxdur. Yəni söhbət ali təhsildən kənarda gedir… O zaman Milli Təhsil Nazirliyi çox ciddi yoxlama proseslərinə başlamalıdır” deyib.