Press "Enter" to skip to content

Səfir vali ilə görüşüb

Vali ilə görüş zamanı

BAYRAQDAR MEDİA – Eskişehirdə səfərdə olan Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov vali Hüseyn Aksoyla görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Səfir Dr. Rəşad Məmmədov (solda) və Esişehir valisi Hüseyn Aksoy
Səfir Dr. Rəşad Məmmədov (solda) və Esişehir valisi Hüseyn Aksoy

Bildirilib ki, Eskişehirə Anadolu Universitendə keçirilən və Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə təsirinə həsr edilən tədbir iştiraak üçün səfər edən Dr.R.Məmmədovu vali ilə görüşdə səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova və Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın müşayəy edib.

Məlumata görə, valilikdə keçirilən görüşdə Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edilib. Tərəflər iki qardaş ölkənin əməkdaşlığının bütün türk dünyasına örnək olduğunu vurğulayıblar.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.

Mission News Theme by Compete Themes.