Son yeniləmə: 22 Noyabr 2023 16:01
Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud durumu barədə fikir mübadiləsi aparılıb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyənin Eskişehir şəhərində Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə təsirinə həsr edilən tədbir keçirilib.
Eskişehirdəki Anadolu Universitenin evsahibliyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araşdırma Mərkəzi və Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir maraqlı çıxış və məruzələrlə yadda qalıb.
Eskişehir Azərbaycanlılar Dərnəyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirdən öncə səfir Dr. Rəşad Məmmədov, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova Anadolu Universiteti rektoru Prof. Dr. Fuat Erdal bəyi ziyarət edib. Rektorla görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud durumu barədə fikir mübadiləsi aparılıb.
Rektor, həmçinin Anadolu Universitetindən təhsil alan azərbaycanlı tələbələr və bu təhsil ocağının Azərbaycanla əməkdaşlığı barədə qonaqlara ətraflı məlumat verib. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Görüşdən sonra rektor və qonaqlar Anadolu Universitetinin Heyder Əliyev Uygulama və Araşdırma Mərkəzində olublar. Mərkəzə ziyarət zamanı qonaqları Eskişehir şəhərinin vali yardımçısı, Azərbaycnaın dostu Salih Altun da müşayət edib.
Məlumatda deyilir ki, səfir Şuşa haqqında nəşr edilən kitabları Mərkəzə hədiyyə edib.