BAYRAQDRA MEDİA – Quzey Makedoniyanın Türk Demokrat Partiyası (TDP) 2024-cü ildə keçirilməsi nəzərdə tutulan Prezident və parlament seçkilərinin eyni tarixdə keçirilməsinin vacib olduğunu bəyan edib.
Yeni Balkan xəbər verir ki, partiya bunla bağlı açıqlama yayıb.
Açlqlama deyilir ki, “Son zamanlar 2024-cü il Prezident və parlament seçkiləri ilə bağlı müzakirələr və fikir ayrılıqları gündəmi zəbt edib. Prezident seçkiləri ən geci 2024-cü ilin aprelində, parlament seçkilər isə ən geci 2024-cü ilin iyulunda keçirilməlidir. Məlum olduğu kimi, seçki prosesinin dəyəri milyonlarla avronu keçir. Korona epidemiyasının təsirlərini aradan qaldırmazdan əvvəl, dərhal sonra gələn enerji böhranı və bu gün inflyasiya problemi ilə mübarizə şəraitində heç kimin iki ayrı seçki keçirmək və əlavə lazımsız pul xərcləmək lüksü yoxdur. Odur ki, Türk Demokrat Partiyası olaraq hər iki seçkinin eyni tarixdə keçirilməli olduğunu vurğulamaq istərdik”.
Açıqlamada, həmçinin “aydındır ki, hazırkı seçki modeli və mövcud seçki qanunu əsas siyasi partiyaların xeyrinədir. TDP olaraq uzun illərdir mübarizə apardığımız “barajsız tək seçki vahidi” uğrunda mübarizəmiz böyük siyasi partiyaların məlumatsızlığı və cəhdləri ilə daima zərbə alıb. 2024-cü ildə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, daha dinc və yüksək rifahlı bir ölkə üçün qalib gələcək şəxslərin etməli olduğu ilk iş ədalətli və bərabərhüquqlu seçki qanunu hazırlayıb qəbul etməkdir. Türk Demokrat Partiyası olaraq bu yolda mübarizəmizi davam etdirmək əzmindəyik. Mübarizəmizi haqlı hesab edən və daha yaxşı ölkədə yaşamağa layiq olduqlarını bilən digər siyasi partiyaları da bu mübarizədə bizimlə birlikdə görməyi səbirsizliklə gözləyirik” deyə qeyd edilib.