Özgür Özel: Heç kimə bələdiyyə sədri sözüm yoxdur
BAYRAQDAR MEDİA – Bir müddət öncə genel başqanı dəyişən Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) daxili gərginlik səngimir. Buna səbəb isə yeni genel başqan Özgür Özelin keçmiş başqan Kemal Kılıçdaroğlunun tərəfdarlarına qarşı “təmizləmə əməliyyatı”na başlayacağına dair yayılan xəbərlərdir.
Bu günlərdə bir televiziya kanalına müsahibə verən yeni genel başqanın fikirləri həmin xəbərlərin heç də əsassız olmadığına işarə edib.
eskisehir.net xəbər verir ki, Özgür Özel qarşıdan gələn yerli seçkilərlə bağlı sualı cavablandırarkən “Seçkidən əvvəl heç kimə bələdiyyə başqanı vədlərim yoxdur” deyib.
Bu isə Kemal Kılıçdaroğluna yaxınlığı ilə seçilən bəzi CHP-li bələdiyyə başqanlarının yenidən namizəd göstəriləməyəcəyi kimi qəbul edilib. Bəzi ehtimallara görə, bu sırada İzmir və Eskişehir kimi şəhərlərin mövcud bələdiyyə başqanları da var.