BAYRAQDAR MEDİA – Milli Statistika Komitəsinin məlumatına görə, Qırğızıstan 2023-cü ilin yanvar-sentyabr aylarında tərəvəz ixracını 44,7 faiz azaldıb.
Bu barədə tazabek.kg saytı məlumat yayıb.
Məlumat əsasən, 9 ay ərzində xaricə tərəvəz tədarükünün həcmi 51,5 milyon dollara qədər azalıb (2022-ci ilin yanvar-sentyabr aylarında: 93 milyon dollar – təqribən).
Yəni tərəvəz ixracı 38,3 faiz azalaraq 89 min tona düşüb. İxrac strukturunda əsas payı paxlalılar (lobya – təqribən), kartof, soğan, yerkökü, kələm və tərəvəz konservlərinin tədarükü təşkil edib.