Press "Enter" to skip to content

Fövqəladə hallara dair maarifləndirici tədbir

166 nömrəli məktəb-liseydə təşkil olunan tədbir

Son yeniləmə: 22 Noyabr 2023 14:56

BAYRAQDAR MEDİA – Bakıdakı ümumi təhsil müəssisəsində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEİDA-ya noyabrın 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Bakı şəhəri 166 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Nizami Fərəcov və Fərid İlhamoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, BŞTİ-nin metodisti Qılman Eyvazov, məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib. Öncə qonaqlar şagirdlər tərəfindən hazırlanmış sərgi ilə tanış olublar”.

Məluamat görə, tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb: “Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, bu istiqamətdə onların bilik və bacarıqlarını artırmaq vacib şərtlərdəndir”.

Məlumatda, həmçini “Daha sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nizami Fərəcov və BŞTİ-nin metodisti Qılman Eyvazov fövqəladə hallar zamanı davranış, suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verib, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlər barədə danışıblar. Sonra Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı Rövşən Ağayev iştirakçılarla fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən bəhs edən sənədli film və videoçarx nümayiş olunub. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir” deyə bildirilib.

Mission News Theme by Compete Themes.