Press "Enter" to skip to content

DAÜ Psixologiya Klubunun maarifləndirmə tədbiri

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetinin (DAU) Sosial və Mədəni Fəaliyyətlər Direktorluğunun nəzdində fəaliyyət göstərən DAÜ Psixologiya Tələbələr Klubu tərəfindən disleksiya maarifləndirmə tədbirləri keçirilib.

DAÜ-dən verilən məlumata görə, konfransda DAÜ İncəsənət və Elmlər Fakültəsinin Psixologiya kafedrasının professoru Prof. Dr. İlhan Raman “Neyromüxtəlifliyin qeyd olunması: Disleksiya” mövzusunda təqdimatla çıxış edib.

Psixologiya Klubu tələbələri tərəfindən təşkil edilən tədbirə töhfə verməkdən xoşbəxt olduğunu ifadə edən Prof. Dr. İlhan Raman, mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə 38 il ibtidai siniflərə dərs demiş təqaüdçü müəllim Meliha Öndər də qonaq qismində qatılaraq, savadlılığın mənimsənilməsi və akademik uğurları ilə bağlı təcrübələrini bölüşüb.

Mission News Theme by Compete Themes.