Press "Enter" to skip to content

Berlində “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı foto-sərgi keçirilib

Sərginin açılışı zamanı

BAYRAQDAR MEDİA – Almaniyanın paytaxtı Berlində yerləşən “Gallery Berlin” rəsm qalereyasında “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı foto-sərgi təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, alman ictimaiyyətinin nümayəndələri və sənətsevərlər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib ki, Ulu Öndər Heydər Əliyev həm Azərbaycan mədəniyyətinin inkişafında, həm də onun xaricdə tanınmasında misilsiz xidmətlər göstərib. Qeyd edib ki, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu dahi şəxsiyyətin mədəniyyət sahəsindəki siyasətini uğurla davam etdirir”.

Çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və qorunması üçün böyük işlər görüb: “O, Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət yetirdiyini, Azərbaycan mədəni irsinin bütün dünyada təqdim və təbliğ olunması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə misilsiz irimiqyaslı layihələrin həyata keçirildiyini nəzərə çatdırıb.
Sərgi yerli ictimaiyyətin böyük marağına səbəb olub”.

Mission News Theme by Compete Themes.