Son yeniləmə: 22 Noyabr 2023 16:41
Səfir Dr. Rəşad Məmmədovun Şuşa Bəyannaməsindən bəhs edən məruzəsi maraqla qarşılanıb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyənin Eskişehir şəhərində Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə təsirinə həsr edilən tədbir keçirilib.
Səfir Rəşad Məmmdəov Anadolu Universitetinin rektoru ilə görüşüb
Eskişehirdəki Anadolu Universitenin evsahibliyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araşdırma Mərkəzi və Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir maraqlı çıxış və məruzələrlə yadda qalıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Bildirilib ki, tədbirin başlanğıcında Ulu öndərlər Mustafa Kemal Atatürkün və Heydər Əliyevin, həmçinin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyə İstiqlal Marşı və Azərbaycanın Dövlət Himni oxunub.
Sonra Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal, Anadolu Universiteti Heydər Əliyev Uygulama və Araşdırma Mərkəzinin rəhbəri Prof. Dr. Burhan Sayılır və Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın açılış çıxışı ediblər.
Çıxışlarda iki qardaş ölkə arasında əlaqələrin hər keçən gün daha da inkişaf etdiyi bildirilib. Qeyd edilib ki, bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı 2020-ci il 44 günlük müharibə zamanı bir daha sınaqdan çıxdı.
Natiqlər Şuşa Bəyannaməsinin əhəmiyyətinə də toxunub, bu sənədi, həmçinin türk dünyasının daha da sıx birləşməsi yolunda atılan addımlardan biri kimi dəyərləndiriblər.
Sonra panel iclası şəklində davam edən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmmədovun “Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə təsiri” mövzusunda geniş məruzəsi dinlənilib. İştirakçılar tərəfindən maraqla qarşılanan mərizədə 15 iyun 2021-ci il tarixində imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən, dünyada cərəyan edən proseslərin türk dünyasına təsirindən danışılıb.
Səfir qeyd edib ki, 2021-ci ilin iyunun 15-də iki ölkə arasında imzalanan “Şuşa Bəyannaməsi” məhz “Bir millət, iki dövlət” əlaqələrinin daha da güclənməsinə xidmət edir.
44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycnaın yanında olduğunu deyən səfir əlavə edib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri model hesab olunur: “Bu, dövlətlərarası əlaqələrdən daha dərin münasibətdir. Şuşa Bəyannaməsi isə bu əlaqələri siyasi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, dost və qardaş ölkələr üçün nümunədir”.
Sonra tədbirdə azərbaycanlı tələbələrdən Fidan Huseynli Zəfər şeirini səsləndirib.
Tədbirin sonunda isə Dərnəyin Qadın qolu rəhbəri və opera sənətçisi Fidan Hüseynova Azərbaycan mahnıları səsləndirib.