BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 15-də Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət iştirakçılara sürpriz hazırlayıbmış.
Məktəbdən BAYRAQDAR MEDİA-ya daxil olan video görüntüdə 44 günlük savaşda yaralanmış, lakin buna baxmayaraq tibbi yardım zamanı mahnı oxumasıyla diqqət çəkmiş Məbud Əhmədov da iştirakçılar arasında olub.
Tədbirin gedişində Məbudun həmin ifası ekranda təqdim edilib. Bu da təəccüb doğurmayıb. Amma həmin video ekrandaykən iştirakçılar arasında olan Məbudun səhnəyə dəvət edilərək eyni mahnını ifa etməsi doğrudan da tədbirə əlavə rəng qatıb.
Biz də qeyd olunan parçanı dəyərli oxucularımıza təqdim edirik.