Press "Enter" to skip to content

YARAT-da dəb sənayesinin hazırkı vəziyyətinin müzakirəsi

Moda, yəni dəb

BAYRAQDAR MEDİA – Noyabrın 23-ü saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində dəb sənayesinin hazırkı vəziyyəti haqqında müzakirə olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbirdə dizaynerlər Səidə Nəzərova, Anar İsgəndərli, Xəyalə Əsədova, Yekaterina Eren və Fidan Sadiq öz təcrübələrinə istinadən Azərbaycanda dəb mənzərəsinin tənqidi analizini edərək, dəb sənayenin gələcəyi üçün yeni fikir və perspektivlərindən söhbət edəcəklər. Müzakirənin moderatoru dəb dizayneri Nəzrin Ağarzayevadır”.

Qeyd edək ki, giriş sərbəstdir.

Mission News Theme by Compete Themes.