Press "Enter" to skip to content

Türklərin partiyasında rəhbər dəyişəcək

Delyan Peevski

Delyan Peevski HÖH liderliyinə namizədliyini irəli sürüb

BAYRAQDAR MEDİA – Bolqarıstanda türklərin partiyası kimi tanınan Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) Partiyasında sədr dəyişikliyi olacaq.

Belə ki, Delyan Peevski partiyanln yeni sədri olmaq iddiasını ortaya qoyub. Onun seçilib-seçilməyəcəyi 2024-cü il fevralın 24-də partiyanın Milli Konfransının keçiriləcəyi vaxt müəyyənləşəcək.

Radio Bolqarıstan xəbər verir ki, D.Peevski son aylar fəallığı ilə fərqlənir. Öz növbəsində onu son 5-6 ayda Bolqarıstan siyasətində bir fenomen olaraq xarakterizə edən DPS-nin fəxri sədri Əhməd Doğan bunları söyləyib:“O, hiperaktivliyi, birləşdiricilik və vasitəçilik bacarığı ilə güc mərkəzini Bolqarıstan parlamentinə qaytarmağı bacardı. HÖH ən çox tənqid olunan qrup olmaqdan xilas olub və bütün parlament qrupları üçün vacib tərəfdaşa çevrilib”.

Xatırladaq ki, noyabrın 7-də Mustafa Karadayı Haqq və Azadlıqlar Hərəkatının sədri vəzifəsindən istefa verib. DPS-HÖH mətbuat mərkəzinin açıqladığı xəbərdə istefanın səbəbləri ilə bağlı məlumat verilməyib.

HÖH-nin fəxri sədri Əhməd Doğan Milli Konfrans keçirilənə qədər partiyanın idarəçiliyini üzərinə götürüb.

Mission News Theme by Compete Themes.