Press "Enter" to skip to content

Paytaxtın bələdiyyə sədri yenə seçilmədi

Sofiya bələdiyyəsi

Son yeniləmə: 21 Noyabr 2023 14:38

BAYRAQDAR MEDİA – Bolqarıstanda paytaxt Sofiyanın Bələdiyyə Şurası ikinci cəhdində sərd seçə bilməyib.

Radio Bolqrıstan xəbər verir ki, namizədlərdən heç biri Sofiyada ikinci mühüm vəzifə üçün tələb olunan 31 səsi toplaya bilməyib.

Məlumata əsasən, “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan-Spasi Sofia”nın namizədi Boris Bonev 23 səs toplayıb: “BSP-nin namizədi Diana Tonova 9 səs toplayıb. “Vızrajdane”nin namizədi Krasimir Qılıbov 8, “İma Takav Narod”un namizədi Plamen Danailov isə 3 səs toplayıb. Verilən səslərdən 4-ü etibarsız sayılıb. GERB-SDS-dən olan bələdiyyə məclis üzvləri səsvermədə iştirak etməyib”.

Beləliklə, B.Bonev və D.Tonova ikinci mərhələdə mübarizə aparacaqlar.

Mission News Theme by Compete Themes.