Press "Enter" to skip to content

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

"Nar" daha bir sosial aksiyaya dəstək verir

Son yeniləmə: 21 Noyabr 2023 12:59

BAYRAQDAR MEDİA – “Nar” 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar Bakı, Lənkəran və Şəkidə təşkil olunan maarifləndirmə kampaniyasına qoşulub. “Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “AzerGold” QSC və “Nar”ın təşkilatçılığı ilə keçirilən kampaniya 300 şagirdi və ümumi ictimaiyyəti əhatə edib. Əsas məqsəd həmin regionlarda təhsil mühiti vasitəsilə məktəblilərin hüquqları barədə məlumatlılığının artırılmasıdır.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə təşəbbüs çərçivəsində Lənkəran və Şəkidə uşaqların problemlərinə dair sosial teatr tamaşaları nümayiş edilib və interaktiv müzakirələrkeçirilib. Bakıda isəuşaqların da iştirakı ilə uşaq hüquqlarına dair Debat Forum təşkil edilib: “Qeyd edək ki, “Nar”-ın əsas Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətlərindən biridə elm və təhsilin inkişafına yönəlib. Mobil operatorun Ümumdünya Uşaq Hüquqları Gününün təşviqinə dəstəyi gənc nəslin sağlam inkişafı üçün sarsılmaz öhdəliyini vurğulayır. Bu çərçivədə “Nar”ın reallaşdırdığı KSM layihələri haqqında daha ətraflı buradan öyrənmək olar.

Mission News Theme by Compete Themes.