Press "Enter" to skip to content

Mehmet Süreyya Er: Böyük öndər türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxlayıb

Mehmet Süreyya Er

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və TÜRKPA-nın 15 illiyinə həsr olunmuş konfrans keçirilib

BAYRAQDAR MEDİA – “Heydər Əliyevin xalqın milli kimliyi, tarixi keçmişi və ana dilinə verdiyi önəm onun türk dünyasının birliyi istiqamətində yorulmaz fəaliyyəti ilə səsləşir”.

Bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er noybarın 21-də Bakıda keçirilən konfransdakı çıxışı zamanı deyib.

Məlumat üçün bildirək ki, noyabrın 21-də TÜRKPA-nın 15 yaşı tamam olur.

TÜRKPA 15 yaşında

Beynəlxalq təşkilat 15 illik yubileyini yaddaqalan tədbirlərlə qeyd edib. Belə ki, Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və TÜRKPA-nın 15 illiyinə həsr olunmuş iki konfrans keçirilib.

Birinci konfrans “Heydər Əliyev və parlamentarizm” mövzusunda, ikinci konfrans isə “TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək persoektivlər” mövzusunda olub.

Tədbirdə çıxış edən TÜRKPA Baş katibi deyib ki, Heydər Əliyev siyasi kursunun öncül istiqamətlərindən biri türk dövlətləri arasında birlik, həmrəylik və əməkdaşlığın inkişafı ilə bağlı olub: “Böyük öndər türk dünyasının birliyi fikrini daim diqqət mərkəzində saxlamış və türk xalqlarının yaxınlaşmasının vacibliyini vurğulamışdır. Onun ardıcıl və məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına mühüm töhfə verib”.

Mehmet Süreyya Er onu da qeyd edib ki, ortaq tarix, mədəniyyət, dil, adət-ənənə və dəyərlərlə sıx bağlı qardaş türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi və inkişafı Heydər Əliyev rəhbərliyində müstəqil Azərbaycanın prioritetlərindən birinə çevrilmişdir. Hazırkı türk dövlətləri liderlərinin iradəsi və qətiyyəti ilə bu əlaqələr və əməkdaşlıq daha da möhkəmlənir.

Qeyd edək ki, konfransla bağlı geniş materialı noyabrın 22-də oxucularımıza təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.