Press "Enter" to skip to content

“Hədəf” daha bir ilkə imza atıb

Forumdan xatirə fotosu

Bakıda Təhsil Menecerləri Forumu keçirilib

BAYRAQDAR MEDİA – Bakıda yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə Təhsil Menecerləri Forumu keçirilib. Forum Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə keçirilib.

Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq
Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, giriş nitqi ilə çıxış edən Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan qabaqcıl addımlar, eyni zamanda problemlərdən söz açıb, onların həlli yollarına diqqət çəkib: “Forumda Hədəf STEAM Liseyinin qurucusu Şəmil Sadiq, deputatlar, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa, Ceyhun Məmmədov, professor Hamlet İsaxanlı, “Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, “CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski, Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, biznes məsləhətçisi Fəxri Ağayev, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, təlimçi Fərid Seyfullayev, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış ediblər”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa

Məlumtata əsasən, sonra jurnalist Orxan Cabbarlının moderatorluğu ilə “Uğurlu təhsil konsepsiyaları”, “Təhsildə idarəetmənin strategiyası”, “Məktəb idarəetməsindəki yanlışlıqlar”, “Yeni nəslə yeni təhsil”, “Təhsilin onlayn idarəedilməsi” və rəqəmsallaşma”, “Metamən” mövzularında panel müzakirələri aparılıb: “Müzakirələrdə təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsi kimi ən aktual məsələlərə toxunulub”.

Forum zamanı
Forum zamanı

Məlumatda deyilir ki, yüzlərlə təhsil işçisinin iştirak etdiyi forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Panel müzakirələri zamanı
Panel müzakirələri zamanı

Təhsil forumu direktorlar, direktor müavinləri, müəllimlər və başqa bütün təhsillə maraqlananlar üçün nəzərdə tutulub.

Sonda bütün iştirakçılara sertifikat verilib.

Mission News Theme by Compete Themes.