Press "Enter" to skip to content

Gənclər siyasətində yenilik

Qırğızıstanda gənclər siyasəti ilə bağlı yeni sənəd hazırlanıb

BAYRAQDAR MEDİA – Qırğızıstanda gənclərt siyasətində yenilik olacaq.

Bu barədə akipress məlumat yayıb.

Bildirilib ki, “Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi “Qırğızıstan Respublikasının gənclər hərəkatı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsini ictimai müzakirəyə təqdim edib. Təklif olunan sənəd Qırğızıstanda gənclər hərəkatının hüquqi statusunu, məqsədlərini, fəaliyyətinin təşkilati əsaslarını, habelə işinin formalaşdırılması və təşkili qaydasını müəyyən edir”.

Məlumata əsasən, gənclər hərəkatının qeyri-kommersiya təşkilatı şəklində hüquqi şəxs yaratmaqla və Qırğızıstanın mülki qanunvericiliyinə və qeyri-kommersiya təşkilatları haqqında qanunvericiliyinə uyğun olaraq fəaliyyətini həyata keçirməsi nəzərdə tutulur: “Gənclər hərəkatının təsis sənədi gənclər hərəkatı iştirakçılarının ümumi yığıncağı tərəfindən təsdiq edilən və gənclər siyasəti sahəsində səlahiyyətli dövlət orqanı tərəfindən məcburi təsdiq edilməli olan nizamnamədir”.

Mission News Theme by Compete Themes.