Press "Enter" to skip to content

Anadolu Universitetində Azərbaycanla bağlı daha bir tədbir

BAYRAQDAR MEDİA – Azərbaycanla, həmçinin Türkiyə-Azərbaycan qardaşlığına xidmət edən addımlarla bağlı bir çox yaddaqalan tədbirə ev sahibliyi edən Anadolu Universitetində daha bir mühüm tədbir olacaq. Belə ki, noyabrın 21-də Anadolu Universitetinin Atatürk Kültür ve Sanat Merkezində Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə təsirinə həsr edilən tədbir keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Məlumata əsasən, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi, Anadolu Universiteti, bu universitetin Heydər Əliyev Uygulama və Araştırma Mərkəzi, Türkiyə 100 ili Platformu, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmmədov “Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə təsiri” mövzusunda məruzə edəcək.

Mission News Theme by Compete Themes.