Press "Enter" to skip to content

Yeni yaranmış 100 QHT-yə təlim keçirilir

Təlimin açılış mərasimi

Son yeniləmə: 20 Noyabr 2023 19:22

BAYRAQDAR MEDİA – ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi keçirilib. Təlim son illər yaranmış yeni QHT-lər üçündür, prosesə 100-ə yaxın QHT cəlb olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noybaırn 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə

Məlumatda deyilir ki, “ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təlimçilərin xüsusi seçildiyini və 2 gün ərzində layihələrin planlaşdırılması, tətbiqi, icrasına nəzarət işlərinin təşkili, ümumən idarəedilməsi ilə əlaqədar QHT-lərin bilik və bacarıqlarının artırılması üçün unikal imkan yaradıldığını bildirib”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva

Bildirilib ki, “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva yeni yaranan QHT-ləri fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, Agentliyin elan etdiyi müsabiqələrdə iştiraka dəvət edib. O, Agentliyin bu layihə ilə QHT-lərə metodiki dəstək verdiyini bildirib”.

“Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi
“Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi

Qeyd edək ki, açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, ADA Universitetinin təlimçiləri də iştirak edib.

Təlim zamanı
Təlim zamanı

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunacaq.

Mission News Theme by Compete Themes.