Press "Enter" to skip to content

Qazaxıstanda dondurucu soyuqlar

Yollar buz bağlayır

BAYRAQDAR MEDİA – Noyabrın 20-da qardaş Qazaxıstanda soyuq, qarlı, şaxtalı hava gözlənilir.

Kazinforumun məlumatına görə, sinoptiklər bununla bağlı xəbərdalrıq ediblər.

Bildirilib ki, Qazaxıstanın əksər ərazisi Kuzey-Batı antisiklonunun təsiri altında olacaq. Bu antisiklonun təsiri altında olacaq ərazilərdə quru soyuqlar hökm sürəcək.

Lakin ölkənin batı, uzaq doğu, güney-doğu və dağlıq rayonları soyuq siklon təsirinə məruz qalacaq. Bu ərazilərdə qar və yaöış yağacaq.

Eyni zamanda, Qazaxıstanın batı və quzey-batı hissəsində kəskin duman olacaq, küləyin sürəti 23-28 m/s-dək güclənəcək. Yollar buz bağlayacaq.

Mission News Theme by Compete Themes.