Son yeniləmə: 20 Noyabr 2023 17:50
Türkmənistan 2023-2027-ci illər üçün UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin üzvü seçilib
BAYRAQDAR MEDİA – Türkmənistan Nazirlər Kabinetinin onlayn formatda keçirilən iclasında BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş qərargahından şad xəbər ölkə prezidentinə çatdırılıb.
Salamnews xəbər verir ki, iclasda Türkmənistanın yekdilliklə 2023-2027-ci illər üçün UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin üzvlüyünə seçildiyi bildirilib.
Öz növəbsində Prezident Serdar Berdimuhamedov bu xəbəri məmnunluqla qəbul edib. O, UNESCO-nun mənzil-qərargahından gələn xoş xəbərə diqqət çəkərək, assambleya iştirakçılarına və bütün soydaşlara müraciət etdi.