Prof. Dr. Necip Atar beynəlxalq mükafata layiq görülüb
BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərindəki Pamukkale Universitetinin (PAÜ) prorektoru vəzifəsini icra edən və eyni zamanda akademik heyətdə elm adamı kimi fəaliyyətini davam etdirən Prof. Dr. Necip Atar uzun müddətdir çalışdığı akademik sahədə daha bir beynəlxalq mükafat qazanıb.
Məlumatı denizli24haber.com saytı yayıb.
Bildirilib ki, “dünyanın ən çox istinad edilən araşdırmaçı mükafatını alan Prof. Dr. Atarın uğuru həm Dənizli, həm də Türkiyə üçün böyük qürur mənbəyi olub”.
Üniversitemiz İçin Büyük Gurur
Rektör Yardımcımız Prof. Dr. Necip Atar'ın Dünyada En Çok Atıf Alan Araştırmacı ödülünü "Web of Science" @Clarivate tarafından aldığı haberini paylaşmanın heyecanını yaşıyoruz. @YuksekogretimK @erolozvar pic.twitter.com/YWGoUa1RJV
— Pamukkale Üniversitesi (@pauedutr) November 17, 2023
Məlumata əsasən, PAÜ xəbəri sosial media hesabından paylaşıb: “Universitetimiz üçün böyük qürur. Prorektorumuz Prof. Dr. Necip Atarın “Web of Science”@Clarivate-dən dünyanın ən çox istinad edilən araşdırmaçı mükafatını alması xəbərini paylaşmaqdan qürur duyuruq”.
Prof. Dr. Necip Atar isə öz növbəsində belə bir mükafatı aldığı üçün həyəcanlı və qürurlu olduğunu deyib.