Press "Enter" to skip to content

Özbəkistan tərəfi “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlıdır

Görüş zamanı

Son yeniləmə: 20 Noyabr 2023 14:37

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 20-də qurumdan məlumat verilib.

Məlumata görə, Z.İbrahimov görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin zəngin tarixə malik olduğu,ortaq mədəni irsə, eyni etnik və dini köklərə sahib olan xalqlarımız arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib: “Z.İbrahimov iki ölkə arasında bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlığın da yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin uzun illərdən bəri gələn ənənələrə uyğun sıx dostluq əlaqələrinin bu inkişafın təməlində dayandığını qeyd edib, dövlətlərarası əlaqələrin günü-gündən gücləndiyini, qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndiyini bildirib”.

Məlumata əsasən, İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, QSC-nin strateji planları və dağ-mədən sektorunda görülən işlər haqqında danışıb: “Z.İbrahimovAzərbaycanda dağ-mədən sahəsinin neft-qaz sənayesi ilə müqayisədə yeni sahə olmasına baxmayaraq, son illər xüsusilə qızıl hasilatında böyük uğurlar əldə edildiyini qeyd edib. İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin qızıl yataqları üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırmağa nail olduğunu, yeni əlvan və qara metal yataqlarının istismarına hazırlıq işlərini uğurla davam etdirdiyini bildirib”.

Qeyd edilib ki, İdarə Heyətinin sədri “AzerGold” QSC-nin Azərbaycanda uğurlu mədənçilik fəaliyyəti həyata keçirməklə yanaşı, ölkə hüdudlarından kənarda da əməkdaşlıq əlaqələri quraraq, fəaliyyətini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb: “Z.İbrahimov qızıl ehtiyatlarına görə dünyanın ilk 10-luğuna daxil olan qardaş Özbəkistan Respublikasında bu sahədə birgə əməkdaşlıq əlaqələrinin yaradılması üçün tərəflər arasında həyata keçirilmiş qarşılıqlı səfərlər, işgüzar görüşləri xatırladıb. O, 2023-cü ilin 24 fevral tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “AzerGold” və Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi və qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması haqqında imzalanan Anlaşma və Razılaşma Memorandumu ilə bu istiqamətdə əlaqələrin üst səviyyəyə qaldırılmasından məmnunluğunu ifadə edib”.

Öz növbəsində, B.Aşrafxanov Azərbaycanın Özbəkistan üçün vacib tərəfdaş olduğunu qeyd edib. Səfir ölkəsində yeni əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində “AzerGold” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib: “İki ölkə arasında əməkdaşlığın yeni istiqaməti kimi, dağ-mədən sahəsində müştərək fəaliyyətin təşkil edilməsinin əhəmiyyətini qeyd edən səfir həm geoloji kəşfiyyat, həm də mədənlərin istismarı sahəsində böyük təcrübəyə malik “AzerGold” QSC ilə birgə əməkdaşlığın qurulmasınınqarşılıqlı faydalı olacağına diqqət çəkib”.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Mission News Theme by Compete Themes.