Son yeniləmə: 20 Noyabr 2023 16:46
BAYRAQDAR MEDİA – Noyabr ayının 18-də Masallı şəhərində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən vətəndaşların qəbulu keçirilib.
Qəbul Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrası çərçivəsində reallaşıb.
Bu barədə BAYARQDAR MEDİA-ya noybarın 20-də İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “qəbulda vətəndaşlara hüquqi yardım göstərilib və onları narahat edən problemlər haqqında məsləhət verilib. Bu kateqoriyaya daxil olan vətəndaşların adından yerli və mərkəzi İçra hakimiyyəti orqanlarına müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunub”.