BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov və fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Telman Haqverdiyevin müəllifi olduqları “İdraka yiyələnmənin istiqamətləri” nəşri də yer alır.
Kitabda “İdraki inkişafın dialektikası”, “Dini-mifoloji anlayışlar və mənəvi-əxlaqi dəyərlər”, “Şəxsiyyət anlayışı və onun elmi-fəlsəfi təhlili”, “Şəxsiyyətin formalaşmasında mədəni irsin rolu”, “Mənəvi dəyərlər və şəxsiyyət” və s. bu kimi başlıqlarda yazılara yer verilib.
Nəşrin elmi redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. M.Ə.Əfəndiyev, rəyçilər isə fəlsəfə elmləri doktoru, Prof. G.A.Abdullazadə və fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. K.Q.Hüseynovdur.