BAYRAQDAR MEDİA – İraq Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 20-də Azərbaycana səfərə gəlib. Qonağın şərəfinə rəsmi qarşılanma mərasimi təşkil edilib.
Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Daha sonra Prezident İlham Əliyevlə qonaq arasında təkbətək görüş keçirilib.
Bu görüşün ardından hər iki ölkə başçılarının da iştirakı ilə heyətlərarası geniş tərkibli görüş olub.
Bu görüş bitdikdən sonra iki ölkə arasında rəsmi sənədlərin imzalanma mərasimi keçirilib.
Mərasimin ardından prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Rəsmi tədbirlərin ardından Prezident İlham Əliyev yüksək qonağın şərəfinə nahar verib.