BAYRAQDAR MEDİA – Noyabrın 21-i saat 11:00-da Qızılağac Milli Parkında Flaminqo festivalı başlayır.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “festival çərçivəsində qayıq və kvadrasikllarla gəzinti, quşların müşahidəsi, müxtəlif əl işlərinin sərgisi, sənətkarların master klassları, “Ekstremal şəraitdə sağ qalmaq yolları” təlimi, intellektual viktorina, əyləncəli musiqili proqram və s. tədbirlər təşkil olunacaq”.