Press "Enter" to skip to content

Energetika Nazirliyində görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyi yanında yaradılmış 2-ci tərkib İctimai şuranın üzvləri ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 20-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, “nazir İctimai şuraya yeni seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə dövlət orqanlarının fəaliyyətindəşəffaflığın artırılması, vətəndaş-dövlət münasibətlərinin inkişaf etdirilməsiməqsədilə vətəndaş cəmiyyəti təsisatları iləəməkdaşlıqla bağlı müvafiq tapşırıq və tövsiyələr verildiyini vurğulayıb. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsindəvətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakınınəhəmiyyəti diqqətə çatdırılıb”.

Görüşdə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsində İctimai şura üzvlərinin rəy və təkliflərinə bundan sonra da diqqətlə yanaşılacağı vurğulanıb, sıx əməkdaşlıq şəraitində uğurlu fəaliyyətintəmin ediləcəyinə əminlik ifadə olunub.

Mission News Theme by Compete Themes.