BAYRAQDAR MEDİA – Türkiyənin Marmaris şəhərində “Doğu Akdeniz – 2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər”.
Qeyd edək ki, qardaş ölkədə keçirilən beynəlxalq təlimdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.