BAYRAQDAR MEDİA – İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, “Avroviziya 2024” səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən TV-dən daxil olub.
Xəbərdə deyilir ki, “video-müsahibədə onlar musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə danışıblar”.
Xatırladaq ki, münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aysel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli triosu, Səbinə Quluzadə və Emy Liadır.