Press "Enter" to skip to content

Nazir vəzifəsindən azad edildi, yerinə müavini gəldi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə sənayesi naziri Mədət Quliyev tutduğu vəzifədən azad edilib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Yayılan daha bir xəbərdə bildirilir ki, Mədət Quliyevdən boşalan nazir vəzifəsinə onun müavini olmuş Vüqar Mustafayev təyin edilib.

Mədət Quliyev də başqa bir Sərəncamla yeni vəzifəyə təyin edilib. O, bundan sonra Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini kimi fəaliyyət göstərəcək.

Mission News Theme by Compete Themes.