BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Daxili İşlər Nazirliyinin rəhbəri Yerjan Sadenov, baş prokuror Berik Asılov, Ali Məhkəmənin sədri Aslambek Merqaliev, eləcə də digər aidiyyəti idarələrin rəhbərləri ilə görüşlər və məsləhətləşmələr keçirib.
Xəbəri Kazinform yayıb.
Bildirilib ki, Qasım-Jomart Toqayev görüşdə vacib məsələlər toxunub.
O, deyib ki, qanun və qayda prinsipi qazax cəmiyyəti üçün bir növ ideoloji və siyasi bələdçi olmalıdır: “Ölkədə qanun və asayişin pozulması, o cümlədən məişət zorakılığı, vandalizm, kobudluq, xuliqanlıq kimi halların mütləq rədd edilməsi mühiti yaratmaq lazımdır. Qadınlara və uşaqlara qarşı hər hansı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır. Qanun hamı üçün eyni olmalıdır. Ədalətli Qazaxıstan qanunun və asayişin hökm sürdüyü ölkədir.