Son yeniləmə: 17 Noyabr 2023 10:39
BAYRAQDAR MEDİA – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Surxandərya rayonundakı hərbi hissədə olub.
Bu barədə platina.uz saytı məlumat yayıb.
Bildirilib ki, Dövlət başçısı hərbi hissədə yaradılan şəraitə, sərhəd mühafizəsində istifadə olunan hərbi texnika və silahlara baxıb.
Silahlı Qüvvələrin potensialının artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin hazırlığı, müasir silahlar, pilotsuz uçuş aparatlarının idarə olunması və onlara texniki xidmət göstərilməsi istiqamətində görülən işlər barədə dövlət başçısına məlumat verilib.
Prezident burada Bayraktar pilotsuz uçan aparatlarına da baxıb.