Press "Enter" to skip to content

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

Sonda tələbələr “Nar”ın sertifikatı ilə təltif edilir

Son yeniləmə: 17 Noyabr 2023 16:08

BAYRAQDAR MEDİA – “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə birgə tələbələr üçün “Mobil rabitənin əsasları” təlimi təşkil edib. Rabitə sahəsinin peşəkar kadrlarını hazırlamaq məqsədilə keçilən təlim “Nar” GSM laboratoriyasında olub.

BAYRAQDAR MEDİA-ya verilən məluamat görə, “Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin mövzusu müxtəlif nəsil mobil texnologiyaların iş prinsiplərini, əşyaların interneti və cihazlararası bağlantı kimi sahələri əhatə edir. Təlimdə iştirak edən tələbələr təcrübədə əldə edilən biliklərə yiyələnir və gələcək işləribarədə bilmək istədiklərini “Nar” texniki heyətindən öyrənir. Sonda tələbələr “Nar”ın sertifikatı ilə təltif edilir.

Budəfəki təlim zamanı, “Nar” GSM Laboratoriyası üçün 10 ədəd müasir noutbuk da təqdim edilib. Xüsusi proqram təminatları vasitəsilə bu noutbuklar GSM avadanlığının işini tənzimləyir və tələbələrə verilən tapşırıqları daha operativ həyata keçirməyə imkan yaradır.

2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında universitetin nəzdində yaradılan “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını istifadə və tədqiq etməyə imkan yaradır. Artıq 10 ildir ki, “Nar” və AzTU arasında faydalı əməkdaşlıq uğurla davam edir. “Nar” layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

Mission News Theme by Compete Themes.