Press "Enter" to skip to content

Kitab tanıtma: “İnsan-təbiət münasibətləri: əxlaqi-estetik dəyərlər”

İnsan-təbiət münasibətləri: əxlaqi-estetik dəyərlər

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablardan biri də fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılovun “İnsan-təbiət münasibətləri: əxlaqi-estetik dəyərlər” monoqrafiyasıdır.

Monoqrafiyada insan-təbiət münasibətlərinin mahiyyəti, həmin problemlərin həlli yolları təhlil olunub, bu istiqamətdə dünya ölkələrinin birgə fəaliyyətinin əhəmiyyətinə diqqət yetirilib. Eləcə də insan-təbiət münasibətləri kontekstində təzahür edən mənəvi-əxlaqi və estetik dəyərlər əhatəli araşdırılıb. Bunun bağlı fəlsəfi ədəbiyyatda mövcud olan ən əhəmiyyətli konsepsiyaların məzmunu açıqlanılıb və müqayisəli təhlil verilib.

Kitab “Ekoloji problemlərin mənəvi-dünyagörüşü aspekti” və “Ekloji problemlərin estetik – dünyagörüşü aspekti” adlı fəsillərdən ibarətdir.

Qeyd edək ki, nəşrin elmi redaktoru fəlsəfə elmləri namizədi, Dos. Məcid Əfəndiyev, rəyçilər isə Prof. Həmid İmanov və Prof. Zeynəddin Hacıyevdir.

Mission News Theme by Compete Themes.