Son yeniləmə: 17 Noyabr 2023 12:44
Bu ölkədə türk adları olan şəxslərə şəxsiyyət vəsiqəsi verilmir
BAYRAQDAR MEDİA – İranın türk adlarına tətbiq etdiyi qadağalar və məhdudiyyətlər davam edir.
Kirim Haber Ajansının məlumatına görə İran Vətəndaş Qeydiyyat İdarəsi Güney Azərbaycanda doğulan körpənin adı türkcə “Baycan” olduğu üçün ona şəxsiyyət vəsiqəsi verməyib: “Körpə Baycanın atası şair Ramin Cebrayılı Təbriz Əhali Müdirliyi tərəfindən bloklandıqdan sonra məhkəməyə müraciət etdiyini, lakin müsbət nəticə əldə etmədiyini bildirib”.
İran uzun müddətdir ki, türk adlarına qarşı “qadağa” siyasəti aparır: “Bölgədə yaşayan türk ailələr övladlarına türk adları qoyduğu üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər. İran Əhali Müdirliyinin Güney Azərbaycanda yaşayan türk ailələrinə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ailələrin etirazı ilə qarşılanıb”.