Press "Enter" to skip to content

Delyan Peevskidən PP-DB üçün xəbərdarlıq

Bolqarıstan parlamenti

Son yeniləmə: 17 Noyabr 2023 11:29

BAYRAQDAR MEDİA – Bolqarıstan parlamentində hökumətə ikinci etimadsızlıq səsverməsi də baş tutmayıb.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, ikinci səsvermə də nəticəsiz tamamlandıqdan sonra DPS-in Parlament Qrupunun sədri Delyan Peevski PP-DB-yə xəbərdarlıq edib: “Ümid edirəm ki, bu axşam həmkarlarım işarələri oxuyacaq və Avro-Atlantik parlament çoxluğunu məhv etməyəcəklər. Ya Avro-Atlantik parlament çoxluğu, ya da Bolqarıstanda Putinyönlü hakim çoxluq olacaq. Biz bu işdə iştirak etməyəcəyik. Gördüyümüz kimi GERB dostları da iştirak etməyəcək. Deməli, bu, əlamətlər gecəsidir”.

Məlumata əsasən, yekun etimadsızlıq səsverməsi noyabrın 17-də keçiriləcək.

Mission News Theme by Compete Themes.