Son yeniləmə: 17 Noyabr 2023 15:40
BAYRAQDAR MEDİA – Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində UNEP və “REC Caucasus” beynəlxalq məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilib. Görüş BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar olaraq keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması layihəsi ilə UNEP tərəfindən həyata keçirilən layihə ilə əlaqədar məsələlər barəsində qarşı tərəflə müzakirələr aparılıb. Azərbaycanda yaşıl enerjinin şəbəkədə payının artırılması istiqamətində Energetika Nazirliyi tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib. “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib. Qarşı tərəf Milli Planın hazırlanması üzrə görüləcək tədbirlərin UNEP tərəfindən həyata keçirilən layihəyə müstəsna töhfə verəcəyini qeyd edib”.
Məlumata əsasən, “görüşdə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində “Elektromobillik üzrə Milli Planın hazırlanması” ilə əlaqədar Energetika Nazirliyinin müvafiq əmri yaradılmış İşçi qrupun üzvləri iştirak edib”.