Press "Enter" to skip to content

20 milyonuncu sakininin şərəfinə fləşmob

Gənclər 20 rəqəmi formasında düzülərək Qazaxıstan bayrağını dalğalandırıblar

BAYRAQDAR MEDİA -Qazaxıstanda ölkənin 20 milyonuncu sakininin anadan olması qeyd olunur.

Bu barədə Kazinform agentliyi xəbər verir.

Məlumata görə gənclər 20 rəqəmi formasında düzülərək Qazaxıstan bayrağını qaldırıblar: “Ümumilikdə tədbirdə 200 könüllü iştirak edib. Xatırladaq ki, Milli Statistika Bürosunun əhali məlumat bazasına əsasən, ölkənin 20 milyonuncu əhalisi 2023-cü il noyabrın 14-də səhər saat 8:10-da doğulan beş uşaq olub. Qazaxıstanın yubiley vətəndaşları Ulytau və Jetysu bölgələrində, Atırau, Akmola və Türküstan vilayətlərində doğulublar. Onlardan üçü oğlan, ikisi isə qızdır”.

Beləliklə, Qazaxıstan əhalisinin sayı 20 milyona çatıb.

Dövlət başçısı bu əlamətdar hadisə münasibətilə Qazaxıstan xalqını təbrik edib.

Bu arada Qazaxıstanın 20 milyonuncu əhalisi olan beş uşağa 2 milyon tenge dəyərində sertifikatlar veriləcəyi də məlum olub.

Belə qiymətli hədiyyəni Otbasy Bank təqdim edəcək.

Mission News Theme by Compete Themes.