Press "Enter" to skip to content

10 ayda bu qədər vəsait ödənilib

BAYRAQDAR MEDİA – 2023-cü ilin 10 ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 119 milyon manat və ya 20,4 faiz çox olmaqla 6 milyard 620 milyon manat ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2023-cü ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib”.

2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək, pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 fazi indeksləşdirilərək artırılıb.

Mission News Theme by Compete Themes.