BAYRAQDAR MEDİA –16, 24, 25 noyabr və 1 dekabr saat 19:00-da Akademik Milli Dram Teatrında “Sənsiz” tamaşası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən tamaşa repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanlardan – Tərlan və Sevincdən bəhs edir. 18 illik sürgün həyatının ağrısını yaşayan tək Tərlan deyil. Onun yolunu gözləyən Sevinc də illərdir bu zülmü yaşayır”.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Rafael Vaqifoğludur. Səhnə əsərində rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Fizuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova oynayır.
Qeyd edək ki, tamaşa Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunub.