Son yeniləmə: 16 Noyabr 2023 14:00
BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 16-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar”.