BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstan xalqının sayı 20 milyonluq zirvəni keçib.
Bu haqda xəbəri ölkənin Prezidenti Qasım-Jomart Toqayev noyabrın 16-da özünün sosial media hesabında paylaşıb.
Ölkə xalqını da təbrik edən Prezident daha sonra qeyd edib: “Xoşbəxt ailə millətin rifahının, ölkənin dayanıqlı tərəqqisinin təməlidir. Dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, analıq və uşaqların müdafiəsi yönündə işləri davam etdirəcək”.
Əlavə edək ki, 1991-ci ildə Rusiya (Sovet) işğalından azad olan Qazaxıstanın əhalisi 16 milyon civarında idi. Əhalinin də az qala yarısını ruslar təşkil edirdi. Sonrakı mərhələdə yeni trendlər meydana çıxdı və müsbət dinamika özünü göstərdi. Hazırda əhalinin ən azı 60 faizini etnik qazaxlar təşkil edir.