Press "Enter" to skip to content

Qaliblər bəllidir

Son yeniləmə: 16 Noyabr 2023 11:03

BAYRAQDAR MEDİA – VII Kaşqarlı Mahmut Beynəlxalq Hekayə Müsabiqəsinin qalibi bəllidir.

Yeni Balkan xəbər verir ki, UNESCO tərəfindən ənənəvi olaraq keçilrilən müsabiqə bu dəfə Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə təşkil olunub.

Məlumata görə, TÜRKSOY və UNESCO-nun Türkiyə Nümayəndəliyinin dəstəyi ilə Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi bu dəfəki müsabiqədə birinci yeri Qırğızıstandan Elmira Acukanova (“Mənim baldızım” adlı hekayə) tutub. İkinci yeri Türkiyədən Neslihan Aksoycuk “Purgatory” adlı hekayə), üçüncü yeri Özbəkistandan Şahodat Uluq (“Böyük tənhalıq” adlı hekayə), dördüncü yeri isə Qırğızıstandan Məhəbbət Alimbekkızı (“Şule” adlı hekayə) tutub.

Münsiflərin qərarı ilə üç nəfərə də həvəsləndirici mükafat verilib ki, onlardan biri də Azərbaycanda Rəna İmanovadı (“Uşaq arzuları”).

Bundan əlavə, münsiflər heyəti maliyyə mükafatı olmadan 5 yazarı da sertifikatla təltif edib.

Mission News Theme by Compete Themes.