Press "Enter" to skip to content

Əmək nazirləri Bakıda bir araya gələcək – VİDEO

Mətbuat konfransı

Son yeniləmə: 16 Noyabr 2023 16:43

BAYRAQDAR MEDİA– 21-23 noyabr tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı keçiriləcək. Konfrans üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək. Bunu qeyd olunan beynəlxalq tədbirə dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb.

Nazirlikdən verilən məluamta görə, mətbuat konfransında Azərbaycanın İƏT-lə əlaqələrindən, İslam dəyərlərinin dünyada təbliği və İslam həmrəyliyinin güclənməsində xidmətlərindən, İƏT əmək nazirlərinin V Konfransının önəmindən bəhs edən videoçarx nümayiş olunub.

Nazir müavini bildirib ki, Azərbaycan 1991-ci ilin 8 dekabrında Təşkilata tamhüquqlu üzv qəbul olunub: “İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. A.Kərimov tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT-in Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyini qeyd edib”. Bildirilib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsində mühüm rola malikdir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar da cavablandırılıb.

Mission News Theme by Compete Themes.