Press "Enter" to skip to content

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın perspektivləri

Xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “MMU-nun rektoru, Prof. general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Qonaqlara Universitetin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub”.

Sonra xəbərdə, “görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb. Sonra özbəkistanlı nümayəndə heyəti MMU-nun nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olublar. İnstitutun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev institutun fəaliyyəti barədə məlumat verib” deyə qeyd edilir.

Səfər çərçivəsində qonaqlar, həmçinin MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunda da olublar. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksi ziyarət edilib, gül dəstələri düzülüb.

Özbəkistan nümayəndə heyəti institutun ərazisindəki muzeydə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb. Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlarla hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Mission News Theme by Compete Themes.